İdman · İdman.biz

Harri Keyn İspaniyada oynamaq arzusundan danışdı: “Belə fürsətim olmayıb”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Harri Keyn İspaniyada oynamaq arzusundan danışdı: “Belə fürsətim olmayıb” xəbəri üçün şəkil

“Bavariya”nın futbolçusu Harri Keyn karyerası ərzində İspaniyada oynamaq imkanının yaranmadığını, lakin La Liqada çıxış etməyin onun üçün maraqlı təcrübə ola biləcəyini etiraf edib.

İdman.Biz xəbər verir ki, 33 yaşlı ingiltərəli futbolçu Çempionlar Liqasında “Atletiko” ilə səfər oyunu öncəsi Madriddə keçirilən mətbuat konfransında İspaniya futboluna münasibətindən danışıb.

Keyn uşaqlıq illərində İspaniya millisinin uğurlarını, həmçinin Lionel Messi ilə Kriştianu Ronaldunun La Liqadakı rəqabətini böyük maraqla izlədiyini bildirib.

“Uşaqlıqda İspaniya futbolunun mənim üçün böyük əhəmiyyəti olub. Milli komandanın nə qədər güclü olduğunu görürdüm. Onlar dünya və Avropa çempionu olmuşdular. “Real Madrid” və “Barselona”nın oyunlarını, Messi ilə Ronaldunun rəqabətini çox izləyirdim. İspaniya futbolu həmişə yüksək səviyyədə olub”, - deyə hücumçu vurğulayıb.

İngiltərəli futbolçu La Liqada çıxış etmək istəyinin olub-olmaması barədə suala da cavab verib:

“Əslində, belə fürsətim heç vaxt olmayıb. Uzun müddət “Tottenhem”də oynadım və orada xoşbəxt idim. “Bavariya”ya keçmək imkanı yarananda isə dərhal bu addımı atmaq istədim. Əgər münasib vaxtda mənim üçün uyğun təklif olsaydı, İspaniyada oynamaq, La Liqada bu futbolçularla rəqabət aparmaq möhtəşəm olardı”.

Keyn bununla belə, karyerasının Almaniya klubunda davam etməsindən tam razı olduğunu vurğulayıb.

“Hər kəsin karyerası onu müəyyən bir yerə aparır. Mənim yolumun “Bavariya”ya gətirib çıxarmasına çox sevinirəm. Burada özümü son dərəcə xoşbəxt hiss edirəm”, - deyə futbolçu əlavə edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑