İdman · Ədalət

Sabah Vikinq səfərində məğlub oldu 

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Sabah Vikinq səfərində məğlub oldu  xəbəri üçün şəkil

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsindəki növbəti oyununu Norveçdə "Vikinq" komandasına qarşı keçirib.

Adalet.az-ın məlumatına görə, Stavanger şəhərində baş tutan qarşılaşma ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv açıb. 11-ci dəqiqədə Orfe Mbina fərqlənib. 27-ci dəqiqədə Erik Botheym tablodakı rəqəmləri eyniləşdirib. 69-cu dəqiqədə Zlatko Tripiç norveçliləri hesabda irəli çıxarıb.

O, kobud oyuna görə təyin olunan penalti zərbəsi yerinə yetirib. Futbolçunun ilk vuruşunu qapıçı Stat Pokatilov dəf etsə də, ikinci cəhd uğurlu alınıb. Daha sonra Henrik Falşener 81-ci dəqiqədə başla dəqiq oynayıb. Oyunda son nöqtəni 90+4-cü dəqiqədə dubl edən Erik Botheym qoyub.

"Bayquşlar" matçı 10 nəfərlə başa vurublar. 77-ci dəqiqədə Eyden Makkarti kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.

Xatərıadaq ki, "Sabah" daha əvvəl UEFA Çempionlar Liqasının Liqa mərhələsində İngiltərənin "Mançester Yunayted" (0:4) və Almaniyanın "Borussiya" (Dortmund) klublarına uduzub - 1:2. Azərbaycan çempionu Çexiyanın "Slaviya" komandasını 2:0 hesabı ilə məğlub edib.

"Sabah" növbəti oyununu noyabrın 25-də, Bakı Olimpiya Stadionunda "Barselona"ya (İspaniya) qarşı keçirəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑