İspaniyanın “Andorra” klubunun qapıçısı Xesus Ovono rəqib futbolçunun ölümü ilə nəticələnən hadisəyə görə 8-12 oyunluq diskvalifikasiya ilə üzləşə bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Diario AS” nəşri məlumat yayıb.
Hadisə İspaniya çempionatının II divizionunda keçirilən “Tenerife” – “Andorra” matçında baş verib. Qarşılaşma zamanı “Tenerife”nin futbolçusu Xesus de Miqel rəqib komandanın qapıçısı ilə toqquşub. Toqquşmadan sonra 30 yaşlı futbolçunun ürəyi dayanıb.
Ona hadisə yerində ilkin tibbi yardım göstərilib və xəstəxanaya çatdırılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, de Miqelin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Xesus de Miqel 2025-ci ilin yayından “Tenerife” klubunda çıxış edirdi. O, karyerası ərzində İspaniyanın bir sıra digər komandalarında da oynayıb.
Əliyar Xəlil,





