PSJ-nin müdafiəçisi Aşraf Hakimi UEFA Çempionlar Liqasının ümumi mərhələsinin dördüncü turunda “Vilyarreal”la qarşılaşmada Mərakeş futbolunun tarixi rekordunu təkrarlayıb.
İdman.Biz "Stats Foot"a istinadən xəbər verir ki, 83-cü avrokubok oyununa çıxan futbolçu bu göstəricidə həmyerlisi Hakim Ziyeşə çatıb.
Aşraf Hakimi indiyədək Çempionlar Liqasında 81, qitələrarası Superkubokda isə iki qarşılaşmada iştirak edib. O, bu göstəriciyə “Real Madrid”, “İnter”, Dortmund “Borussiya”sı və PSJ-nin heyətində nail olub.
Müdafiəçi noyabrın 25-də “Roma”ya qarşı keçiriləcək növbəti görüşdə meydana çıxacağı təqdirdə rekorda təkbaşına sahib ola bilər.
“Vilyarreal”la oyun PSJ-nin baş məşqçisi Luis Enrike üçün də əlamətdar olub. İspaniyalı mütəxəssis Fransa klubunun başında Çempionlar Liqasında 50-ci matçını keçirən ilk məşqçi kimi tarixə düşüb.
Paris təmsilçisinin portuqaliyalı yarımmüdafiəçisi Vitinya da diqqətçəkən göstəriciyə malikdir. O, 2022-ci ilin yayında komandaya qoşulduqdan sonra PSJ-nin Çempionlar Liqasında keçirdiyi 58 qarşılaşmanın hamısında start heyətində yer alıb.





