İranın "Fars" informasiya agentliyi ABŞ və İsrailin mümkün yeni hücumlarına cavab olaraq zərbələr endirilə biləcək Yaxın Şərqdəki obyektlərin siyahısını dərc edib.
BAKU.WS xəbər verir ki, siyahıya Formula-1 və MotoGP komandalarının yarış həftəsonlarında qaldığı Qətər və Birləşmiş Ərəb Əmirliklərindəki hotellər də daxil edilib.
"Sıfır saat" adlanan siyahıda region üzrə onlarla obyekt yer alıb. Bu məlumat qarşıdakı yarışların təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb. Hələlik isə Yaxın Şərq mərhələləri hər iki çempionatın təqvimində saxlanılır.
MotoGP üzrə Qətər Qran-prisinin artıq bu həftəsonu keçirilməsi planlaşdırılır. Formula-1 komandaları isə noyabrın ikinci yarısında Qətər və Əbu-Dabidə yarışacaqlar.
Bundan əvvəl ABŞ mediası müxtəlif mənbələrə istinadən Vaşinqtonun İrana qarşı yeni hücuma hazırlaşdığını bildirmişdi. Bu fonda çempionatların təşkilatçıları Yaxın Şərq yarışlarının ləğvi ilə bağlı hələlik qərar açıqlamayıblar.
"Yamaha" komandası MotoGP üzrə Qətər Qran-prisində iştirak etməyəcəyini artıq təsdiqləyib. Buna baxmayaraq, əksər pilotların regionda yarışmaq istəməməsinə rəğmən, mərhələ hələ də təqvimdə qalır.
GPblog nəşrinin məlumatına əsasən, Formula-1 rəhbərliyi də Yaxın Şərq yarışlarına hazırlığı davam etdirir. Bununla belə, "Formula One Management" (FOM) noyabrın 3-də ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdən sonra vəziyyəti yenidən qiymətləndirməyi planlaşdırır. Bundan sonra yarışların təhlükəsiz şəraitdə keçirilməsinin mümkün olub-olmadığı barədə qərar veriləcək.





