Misli Premyer Liqasının 11-ci turunda “Turan Tovuz”u qəbul etməyə hazırlaşan “Qarabağ” təlim-məşq prosesini davam etdirir.
Futbolpress.az xəbər verir ki, Ağdam təmsilçisi “Azersun Arena”da baş tutan növbəti məşqdən fotoları rəsmi sosial şəbəkə hesabında azarkeşləri ilə bölüşüb. Paylaşılan kadrlarda komanda üçün sevindirici məqam diqqət çəkib. Zədə səbəbindən bir müddətdir fərdi proqramla məşq edən müdafiəçi Elvin Cəfərquliyev artıq ümumi qrupa qoşulub və komanda yoldaşları ilə birlikdə məşq edib.
Qeyd edək ki, “Qarabağ” ilə “Turan Tovuz” arasında keçiriləcək Misli Premyer Liqasının növbəti tur qarşılaşması noyabrın 6-da, saat 18:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.




