Azərbaycan Cüdo Federasiyası (ACF) cüdoçuların kəmər dərəcələrini müəyyənləşdirmək üçün rəsmi imtahan təşkil edir.
Futbolpress.az xəbər verir ki, sınaqlar noyabrın 5-6-da Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq. İmtahanda 7 yaşdan yuxarı bütün idmançılar iştirak edə bilərlər. Uğurlu nəticə göstərən cüdoçular müvafiq kəmər və sertifikatla təltif olunacaqlar. Qeydiyyat üçün idman klublarına və ya birbaşa federasiyaya müraciət etmək lazımdır.
Xatırladaq ki, 2026-cı ildən tətbiq olunan qaydalara əsasən, rəsmi kəmər dərəcəsinə sahib olmayan idmançıların turnirlərə qatılmasına icazə verilmir.





