İdman · Futbolpress.az

Arda kənarda qaldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Arda kənarda qaldı xəbəri üçün şəkil

“Real” (Madrid) UEFA Çempionlar Liqasının IV turunda Yunanıstan təmsilçisi AEK ilə oyuna ciddi itkilərlə yollanır.

Futbolpress.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi Arda Güler yüngül zədəsi səbəbindən səfər heyətinə daxil edilməyib. Fərdi məşqlərlə kifayətlənən 21 yaşlı futbolçu ilə bağlı məşqçilər korpusu risk etməməyi üstün tutub. Həmçinin rəsmi iştirak ərizəsində Orelyen Tçuameni və Raul Asensionun da adları yer almayıb.

Qeyd edək ki, qrupda keçirdiyi 3 matçın hamısında qələbə qazanaraq itkisiz irəliləyən “Kral klubu” noyabrın 4-də Afinada AEK-in qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑