İdman · İdman.biz

“Roma”nın futbolçusu Karriki özünə nümunə göstərdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Roma”nın futbolçusu Karriki özünə nümunə göstərdi xəbəri üçün şəkil

İtaliyanın “Roma” klubunun yarımmüdafiəçisi Marten de Ron “Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik haqqında müsbət fikirlər səsləndirib.

İdman.Biz xəbər verir ki, niderlandlı futbolçu Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turunda keçiriləcək qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransında Karriki vaxtilə özünə nümunə götürdüyünü açıqlayıb.

“O, möhtəşəm yarımmüdafiəçi idi. Topu çox yaxşı ötürür, oyunu mükəmməl anlayırdı. “Mançester Yunayted”in tarixindəki ən güclü komandalardan birində çıxış edib. Ona böyük hörmətim var”, - deyə de Ron bildirib.

Futbolçu 2016/2017 mövsümündə “Midlsbro”nun heyətində çıxış edərkən Karriklə Premyer Liqada rəqib olub.

De Ron “Mançester Yunayted”in son uğursuz nəticələrinin “Roma”nı arxayınlaşdırmamalı olduğunu da vurğulayıb:

“Bizi möhtəşəm stadionda böyük oyun gözləyir. Rəqib güclü komandadır və son nəticələrinə görə onu qiymətləndirmək düzgün olmaz. Məqsədimiz yaxşı nəticə qazanmaqdır”.

Qeyd edək ki, “Roma” bütün turnirlərdə keçirdiyi son 13 qarşılaşmanın yalnız birində məğlub olub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑