Türkiyə ilə Liviya arasında 2019-cu ildə imzalanmış dəniz yurisdiksiyası sahələrinin müəyyənləşdirilməsinə dair anlaşma memorandumunun Liviya Nümayəndələr Palatası tərəfindən təsdiqlənməsi Yunanıstanda ciddi narazılığa səbəb olub.
Publika.az xəbər verir ki, Yunanıstanın “Kathimerini” qəzeti bu qərarı Afinanın xarici siyasətdə uğursuzluğu kimi qiymətləndirib.
Nəşrin məlumatına görə, hakim Yeni Demokratiya partiyasının deputatları Dimitris Kalogeropulos və Dimitris Keridis də baş verənləri uğursuzluq kimi dəyərləndiriblər. Kalogeropulosun vəziyyəti “işimiz bitdi” ifadəsi ilə təsvir etməsi, Keridisin isə bunu “siyasi məğlubiyyət” adlandırması hökumətdə narahatlıq yaradıb.
Bildirilib ki, beynəlxalq münasibətlər professoru olan Keridisin eyni zamanda hakim partiyanın parlament sözçüsü olması onun açıqlamalarına reaksiyanı daha da gücləndirib.
Müəllif: Roza






