Yəməndən olan Husilərin hücumları fonunda Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi yardımın göstərilməsini təsdiqləyib.
SİA xəbər verir ki, bu barədə "Əl-Qahirə əl-İhbariyə" telekanalı məlumat yayıb.
Qərara əsasən eskalasiyalar gərginləşəcəyi təqdirdə Misir Səudiyyə Ərəbistanına müdafiəyə dəstək məqsədilə hərbi kontingent göndərəcək.
Bundan əvvəl Misir parlamentində Səudiyyə Ərəbistanına hərbi dəstəyin göstərilməsi ilə bağlı qapalı müzakirələr aparılıb. Misir mediasının məlumatına görə, müzakirələr zamanı təxminən 500 deputat çıxış etmək üçün müraciət edib.




