Dünya · Azxeber.com

Latviyanın şərqində NATO-nun genişmiqyaslı təlimləri başlayıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Latviyanın şərqində NATO-nun genişmiqyaslı təlimləri başlayıb xəbəri üçün şəkil
NATO-nun Latviyadakı çoxmillətli briqadası ölkənin şərqində genişmiqyaslı hərbi təlimlərə başlayıb.
"LSM” xəbər verir ki, "Resolute Reforger 2026” adlı təlimlər oktyabrın 26-dan noyabrın 8-dək keçiriləcək.
Təlimlərdə NATO-nun Latviyadakı çoxmillətli briqadasının təxminən 3 min hərbçisi və 1 000 hərbi texnikası iştirak edir.
Təlimlər zamanı NATO briqadasının bölmələri qüvvələrin yerləşdirilməsi, təchizat, idarəetmə və rabitə üzrə tapşırıqları yerinə yetirəcək, həmçinin Latviya Silahlı Qüvvələri ilə əməkdaşlığı təkmilləşdirəcək.
Təlimlərin əsas məqsədi briqadanın bölmələri böyük məsafələrə yerləşdirmək, onların təchizatını təmin etmək və koordinasiya etmək imkanlarını yoxlamaqdır.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑