Dünya · Globalinfo.az

“İrana hücum planı…” – Katz etiraf etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“İrana hücum planı…” – Katz etiraf etdi xəbəri üçün şəkil

İsrailin müdafiə naziri İsrael Katz oktyabrın 27-də keçiriləcək parlament seçkiləri öncəsi ölkəsinin İrana hücum etmək niyyətində olmadığını bildirib. O, zərbə hazırlığı ilə bağlı yayılan məlumatları tamamilə yalan adlandırıb.

Globalinfo.az bildirir ki, Katz bu barədə “X” sosial şəbəkəsində yazıb.

Bununla yanaşı, nazir İranın İsrailə hücum edəcəyi təqdirdə ölkəsinin buna “böyük güclə” cavab verəcəyini vurğulayıb.

Katz ölkənin siyasi rəhbərliyi ilə İsrail Müdafiə Ordusu arasında fikir ayrılıqlarının olması barədə yayılan məlumatları da təkzib edib. O, bu iddiaları tamamilə absurd və yalan adlandırıb.

Nazirin sözlərinə görə, vəzifəyə başladığı vaxtdan etibarən Baş nazir Benyamin Netanyahu və İsrail Müdafiə Ordusu arasında İran məsələsi ilə bağlı tam koordinasiya mövcuddur.

Katz həmçinin müxalifətin İranla bağlı məlumatlardan Netanyahuya və ona qarşı siyasi hücumlar üçün istifadə etməsini utancverici və məsuliyyətsiz addım adlandırıb.

O bildirib ki, İran məsələsinin təfərrüatlarını açıqlamaq imkanları olmadığı halda, bu məlumatlardan siyasi məqsədlərlə istifadə edilməsi düzgün deyil.

Əliyar Xəlil

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑