Dünya · Banker.az

Media: ABŞ Viktor Orbana BMT Baş katibi vəzifəsinə mümkün namizəd kimi baxır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Media: ABŞ Viktor Orbana BMT Baş katibi vəzifəsinə mümkün namizəd kimi baxır xəbəri üçün şəkil

ABŞ administrasiyası Macarıstanın keçmiş Baş naziri Viktor Orbanı BMT Baş katibi vəzifəsinə uyğun namizəd hesab edir.

Bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, Vaşinqton Orbanın namizədliyinin Rusiya və Çinin dəstəyini qazana biləcəyini düşünür. ABŞ Dövlət Departamentindəki mənbənin fikrincə, o, BMT Təhlükəsizlik Şurasının 15 üzvündən 10-nun dəstəyini qazanmaq potensialına malikdir.

BMT-nin hazırkı Baş katibi Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatır. Yeni Baş katib Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında BMT Baş Assambleyası tərəfindən seçiləcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑