BMT Ukraynadakı münaqişənin başa çatmasına töhfə verə biləcək bütün səyləri, o cümlədən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Rusiya, ABŞ və Çin arasında mümkün üçtərəfli danışıqları alqışlayır.
Yenicag.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin ofisindən bildirilib.
“Bu münaqişənin sona çatmasına töhfə verə biləcək istənilən səyi alqışlayırıq və Baş katib müvafiq müraciət daxil olduğu təqdirdə hər zaman öz xoşməramlı xidmətlərini təqdim etməyə hazırdır”, – deyə BMT Baş katibinin ofisindən qeyd olunub.





