Dünya · Teleqraf

Rusiya XİN: İsrail regionda sülhün bərqərar olmasında Rusiyanın köməyinə güvənə bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya XİN: İsrail regionda sülhün bərqərar olmasında Rusiyanın köməyinə güvənə bilər xəbəri üçün şəkil

BAKI, 26 oktyabr. TELEQRAF

İsrail hakimiyyəti Yaxın Şərqdəki münaqişələrin həllində Rusiyanın köməyinə arxalana bilər.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Şimali Afrika departamentinin direktoru Aleksandr Kinşak bildirib.

O, iki ölkə arasında diplomatik münasibətlərin bərpasının 35-ci ildönümü münasibətilə keçirilən mərasimdə qeyd edib: "İsrail uzun müddətdir davam edən və yeni regional münaqişələrin beynəlxalq hüquq və BMT Nizamnaməsinə əsaslanaraq siyasi və diplomatik həlli yolu ilə Yaxın Şərqdə davamlı sülh və sabitliyin bərqərar edilməsində həmişə bizim dəstəyimizə güvənə bilər".

Diplomat Rusiya ilə İsrail arasındakı münasibətlərin daha da möhkəmləndirilməsi üçün potensialın olduğunu vurğuladı. "Şübhəsiz ki, Rusiya-İsrail tərəfdaşlığı, obyektiv çətinliklərə və düşmənlər tərəfindən süni şəkildə yaradılan maneələrə baxmayaraq, xalqlarımızın rifahı naminə genişlənməyə və dərinləşməyə davam edəcək", - deyə o bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑