Dünya · Globalinfo.az

Ərdoğandan Türk dövlətlərinə birlik mesajı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ərdoğandan Türk dövlətlərinə birlik mesajı xəbəri üçün şəkil

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk dünyası ilə qardaşlıq və həmrəyliyin sarsılmaz olduğunu bildirib.

Globalinfo.az “Haber Global”a istinadən xəbər verir ki, Ərdoğan bu fikirləri hökumətin iclasından sonra keçirdiyi mətbuat açıqlamasında səsləndirib.

Türkiyə lideri oktyabrın 30-da Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə toplantısının Ankarada keçiriləcəyini xatırladıb.

“Cümə günü ailə məclisimiz kimi gördüyümüz Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə toplantısına yenidən Ankarada ev sahibliyi edəcəyik. İnanıram ki, türk dünyası olaraq sarsılmaz qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında yenə də birlik və bərabərlik içində dayanacağıq”, – deyə Ərdoğan bildirib.

Əliyar Xəlil,

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑