Dünya · Axar.az

ABŞ-ın bazasında BYD avtomobillərinə qadağa qoyuldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ-ın bazasında BYD avtomobillərinə qadağa qoyuldu xəbəri üçün şəkil

Çinin BYD avtomobillərinin ABŞ hərbi hava qüvvələrinin Yaponiyanın Okinava prefekturasındakı bazasına girişi qadağan olunub.

Axar.az xəbər verir ki, bu barədə Yaponiya mediası məlumat yayıb.

Bildirilib ki, qadağanı ABŞ-ın Yaponiyadakı hərbi komandanlığı təhlükəsizliklə əlaqədar tətbiq edib.

Bu addımın məqsədi bazadakı məlumatların nəqliyyat vasitələrinə quraşdırılmış kameralar və sensorlar vasitəsilə sızmasının qarşısını almaqdır.

Oxşar tədbirlər ABŞ-ın Cənubi Koreyadakı və digər yerlərdəki hərbi bazalarında da tətbiq oluna bilər.

Okinavadakı ABŞ qüvvələrinin zabiti Alli Stormer verdiyi bəyanatda BYD avtomobillərinin şəxsi heyət və hərbi baza üçün qəbuledilməz və qarşısı alınmayan risklər yaratdığını deyib. Lakin konkret risklərin nədən ibarət olduğuna dair təfərrüat verməyib.

Qeyd edək ki, Okinavadakı aviabaza Hind-Sakit okean regionunda ABŞ-ın strateji cəhətdən ən əhəmiyyətli hərbi obyektlərindən biridir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑