Dünya · Konkret.az

Axtarışda olan “Survivor”un iştirakçısı | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Axtarışda olan “Survivor”un iştirakçısı | KONKRET xəbəri üçün şəkil

33-ü qırmızı bülletenlə axtarışda olan ümumilikdə 63 nəfər 8 ölkədən Türkiyəyə gətirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, ekstradisiya edilənlər arasında “Survivor” yarışmasındakı çıxışı ilə tanınan Hikmət Tuğsuz və “Sıfır Bir” serialının aktyorlarından olan Çingizxan Yurdutek də var.

Qeyd olunub ki, H.Tuğsuz fərdi məlumatları qanunsuz yolla ələ keçirmə, qəsdən xəsarət yetirmə, dələduzluq və prezidenti təhqir etmə kimi cinayətlərdə ittiham edilirdi. Onun Gürcüstanda ələ keçdiyi bildirilib.

Ç.Yurdutekin isə qəsdən xəsarət yetirmə, narkotik və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi kimi qanuna zidd əməllər çərçivəsində axtarışda olub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑