BAKI, 27 oktyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Moskvada İran Prezidenti Məsud Pezeşkianla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Bilirsiniz, biz sizinlə regiondakı vəziyyət barədə təkbətək danışdıq. Əlbəttə ki, bu, narahatlıq doğurmaya bilməz. Təkcə sizin üçün deyil, həm də ilk növbədə İranla sıx əməkdaşlıq edən bir ölkə kimi bizim üçün də narahatlıq var. Biz qonşuyuq və bir çox ortaq maraqlarımız var. Biz bunların hamısını gerçəkləşdirməyə çalışırıq", - deyə Putin qeyd edib.




