Finlandiya və Norveç Ukrayna münaqişəsinin nizamlanmasında vasitəçi rolunu üzərinə götürmək niyyətində deyil, lakin Əbu-Dabidə üçtərəfli görüşün keçirilməsi təşəbbüsünü dəstəkləyirlər.
Bunu Norveçin xarici işlər naziri Espen Bart Eyde Helsinkidə keçirilən mətbuat konfransında bildirib.
"Biz vasitəçi olmaq istəmirik, lakin prosesə müəyyən töhfə verə biləcəyimizə inanırıq”, – deyə Eyde bildirib.
Qeyd edək ki, bu gün Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. ///axar.az///



