Dünya · Globalinfo.az

Ərdoğanla Makron arasında telefon danışığı oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ərdoğanla Makron arasında telefon danışığı oldu xəbəri üçün şəkil

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Söhbət zamanı Türkiyə ilə Fransa arasındakı ikitərəfli münasibətlər, həmçinin regional və qlobal gündəmdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Liderlər Birləşmiş Millətlər Təşkilatının (BMT) yeni Baş katibinin seçilməsi məsələsini də müzakirə ediblər.

Ərdoğan vurğulayıb ki, təşkilatın yeni rəhbəri BMT-ni yenidən çoxtərəfli əməkdaşlığın mərkəzinə çevirmək, eləcə də zəruri islahatları effektiv şəkildə həyata keçirmək üçün lazımi baxışa və təcrübəyə sahib olmalıdır.

Türkiyə Prezidenti Makronu ölkəsində təşkil olunacaq COP31 Liderlər Sammitində iştirak etməyə dəvət edib.

Öz növbəsində Fransa Prezidenti Ərdoğanı Türkiyənin Respublika Günü münasibətilə təbrik edib.

Əliyar Xəlil,

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑