Dünya · Bakupost.az

Türkiyə bu hüquqlarından güzəştə getməyəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyə bu hüquqlarından güzəştə getməyəcək xəbəri üçün şəkil

Türkiyə Egey və Şərqi Aralıq dənizindəki qanuni hüquq və mənafelərini bundan sonra da güzəştsiz qoruyacaq.


"Bakupost" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, bəyanatın yayılmasına Türkiyənin xarici siyasəti ilə bağlı bəzi iddiaların və yazıların ortaya çıxması səbəb olub. Belə ki, XİN rəhbəri Hakan Fidanın Yunanıstanda nəşr olunan qəzetə müsahibə verdiyi iddia edilsə də, nazir yunan mətbuatına müsahibə verməyib.
Bəyanatda bildirilib ki, Hakan Fidanın Brüsseldə beyin mərkəzlərindən birinin təşkil etdiyi tədbirdə verdiyi cavablar kontekstdən çıxarılıb, Türkiyənin Egey və Şərqi Aralıq dənizi siyasəti isə mübahisə mövzusuna çevrilib.
"İndiyə qədər olduğu kimi, bundan sonra da Egey və Şərqi Aralıq dənizindəki qanuni hüquq və mənafelərimizi güzəştə getmədən qorumağa davam edəcəyik. Hər hansı bir dəyişiklik müzakirə mövzusu deyil", – bəyanatda vurğulanıb.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑