İranın Ali lideri Müctəba Xameneinin səhhəti qaydasındadır. O, yüksək əhval-ruhiyyədədir, mənəvi rahatlıq içindədir və mövcud vəziyyətə tam nəzarət edir.
SİA xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf özünün Teleqram kanalında məlumat yayıb.
O, bir gün əvvəl Müctəba Xamenei ilə görüşdüyünü bildirib. "Mən onu olduqca gümrah, ümidli, mənəvi cəhətdən sakit və məsələlərə dərindən bələd olan vəziyyətdə gördüm", - deyə Qalibaf vurğulayıb.
Mətləb





