Dünya · Globalinfo.az

Qalibaf Xameneinin səhhətindən danışdı: “Bir gün əvvəl…”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qalibaf Xameneinin səhhətindən danışdı: “Bir gün əvvəl…” xəbəri üçün şəkil

İranın Ali lideri Müctəba Xameneinin səhhətinin yaxşı olduğu, özünü gümrah hiss etdiyi və vəziyyətə nəzarət etdiyi bildirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf Teleqram kanalında paylaşım edib.

Qalibaf bir gün əvvəl Müctəba Xamenei ilə görüşdüyünü qeyd edib.

“Onu olduqca gümrah, ümidli, mənəvi cəhətdən sakit və məsələlərə dərindən bələd olan vəziyyətdə gördüm”, – deyə parlament sədri bildirib.

Qalibafın sözlərinə görə, ağır itkilərə baxmayaraq, Müctəba Xameneinin nümayiş etdirdiyi iradə və sarsılmazlıq onun Allaha güclü inamını və xalqa dərin etimadını göstərir.

Əliyar Xəlil,

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑