Ölkə.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
"Biz indicə regiondakı vəziyyət barədə sizinlə (Məsud Pezeşkianı nəzərdə tutur - Red) təkbətək danışdıq. Şübhəsiz ki, regiondakı vəziyyət bizi də narahat edir. Xüsusilə də İranla sıx əməkdaşlıq edən ölkə olaraq bu məsələyə həssas yanaşırıq", – o deyib.
O, vəziyyətin müsbət inkişafına ümid etdiyini bildirib. Onun sözlərinə görə, Rusiya İranla birgə layihələr üzrə öz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir.
Putin həmçinin bildirib ki, cari ilin 8 ayı ərzində Rusiya və İran arasında ticarət dövriyyəsi 10,4 % artıb.





