Dünya · Azxeber.com

Ərdoğan Makronu COP31 Liderlər Sammitinə dəvət edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ərdoğan Makronu COP31 Liderlər Sammitinə dəvət edib xəbəri üçün şəkil
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Türkiyə-Fransa ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan BMT-nin yeni baş katibinin təşkilatı yenidən çoxtərəfliliyin mərkəzinə çevirə bilməsi, zəruri islahatları səmərəli şəkildə həyata keçirməsi üçün lazımi baxış və təcrübəyə malik olmasının vacibliyini vurğulayıb.
Türkiyə Prezidenti, həmçinin Emmanuel Makronu Türkiyədə keçiriləcək COP31 Liderlər Sammitinə dəvət edib.
Fransa Prezidenti isə telefon danışığı zamanı Ərdoğanı Türkiyənin Respublika Günü münasibətilə təbrik edib.   ///report///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑