Ölkə.az xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Sariya özünün "Telegram" kanalında məlumat verib.
"Yəmən silahlı qüvvələri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Müdafiə Nazirliyinə ballistik raketlə hücum edib", - deyə bəyanatda bildirilib.
Yəhya Sariyanın iddiasına görə, hücum zamanı hədəf vurulub.





