Dünya · News24.az

Azərbaycana qarşı paylaşımlarla gündəmə gələn Ahmet Sapa saxlanıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycana qarşı paylaşımlarla gündəmə gələn Ahmet Sapa saxlanıldı xəbəri üçün şəkil

Türkiyədə sosial şəbəkələrdəki paylaşımlarına görə üç nəfər barəsində hüquqi tədbirlər görülüb.

News24.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, "Köklü Değişim Medya"nın Hatay təmsilçisi Ahmet Sapa saxlanılıb. Təşkilatın İstanbul təmsilçisi Muhammet Emin Yıldırım saxlanıldıqdan sonra sərbəst buraxılıb. Fəal Fatih Erşahin isə Ankara Polis İdarəsinə ifadə verməyə çağırılıb.

Muhammet Emin Yıldırım oktyabrın 26-da axşam saatlarında Azərbaycanla bağlı sosial şəbəkə paylaşımlarına görə saxlanılıb. Oktyabrın 27-də ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

"Köklü Değişim Medya"nın Hatay təmsilçisi Ahmet Sapa da oktyabrın 27-də səhər saatlarında evindən aparılaraq saxlanılıb. Onun barəsində görülən tədbirin də sosial şəbəkə paylaşımları ilə əlaqəli olduğu bildirilir.

Fatih Erşahin isə oktyabrın 26-da gecə saatlarında Ankara Polis İdarəsinə ifadə verməyə çağırılıb. O, müvafiq prosedurlardan sonra sərbəst buraxılıb.

Qeyd edək ki, Ahmet Sapanın Azərbaycana qarşı qarayaxma kampaniyalarında iştirak etdiyi bildirilir./APA

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑