BAKI, 27 oktyabr. TELEQRAF
ABŞ-nin birinci xanımı Melaniya Tramp Xerson vilayətinin Oleşki şəhərində atəşkəs zonasının genişləndirildiyini bildirib.
Teleqraf xəbər verir ki, Ukrayna və Rusiya arasında atəşkəs 27 oktyabr 2026-cı il tarixində Moskva vaxtı ilə səhər saat 4:00-da qüvvəyə minib.
M.Trampın sözlərinə görə, mülki əhalinin təhlükəsizliyini təmin etmək və zəruri humanitar yardımın çatdırılmasını asanlaşdırmaq üçün bu, planlaşdırılandan iki gün əvvəl təxirə salınıb: "Humanitar karvanların təhlükəsiz keçidini təmin etmək üçün atəşkəs zonası Xerson bölgəsindəki Oleşkidən kənara genişləndirilib".
Ağ Ev oktyabrın 23-də Rusiya və Ukraynanın Melaniya Trampın köməyi ilə Xerson vilayətinin Oleşki şəhərində 29 oktyabrdan etibarən atəşkəs barədə razılığa gəldiklərini açıqlayıb.





