Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla təkbətək görüşdə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdiyini bildirib.Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Biz sizinlə təkbətək söhbətimizdə regiondakı vəziyyəti müzakirə etdik. Bu vəziyyət, xüsusilə İranla sıx əməkdaşlıq edən ölkə kimi, təbii ki, bizi də narahat etməyə bilməz”, – Putin görüş zamanı deyib.
Rusiya lideri Moskvanın İranla birgə layihələr üzrə üzərinə götürdüyü bütün öhdəlikləri tam şəkildə yerinə yetirdiyini də vurğulayıb.
Məsud Pezeşkian Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) sammitində iştirak etmək üçün Moskvaya səfər edib.






