Siyasət · Anews.az

Niderland Azərbaycana minatəmizləmə sahəsində dəstək imkanlarını nəzərdən keçirəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Niderland Azərbaycana minatəmizləmə sahəsində dəstək imkanlarını nəzərdən keçirəcək xəbəri üçün şəkil

Niderland Azərbaycana minatəmizləmə sahəsində dəstək göstərilməsi imkanlarını nəzərdən keçirəcək. Bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, Niderland Azərbaycan-Ermənistan sülh prosesinin əhəmiyyətini, eləcə də Azərbaycanın bu prosesdə nümayiş etdirdiyi öhdəliyi və liderliyi yüksək qiymətləndirir.

Nazirin sözlərinə görə, Niderland regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasına, həmçinin bütün tərəflər üçün faydalı nəticələrin əldə edilməsinə balanslı yanaşır.

Berendsen vurğulayıb ki, Niderland dünyanın müxtəlif yerlərində minatəmizləmə fəaliyyətlərinə dəstək göstərir və ölkənin müvafiq komandaları Azərbaycana yardım imkanlarını da nəzərdən keçirəcəklər.

Aytac

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑