Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti Məsud Pezeşkianla ikitərəfli danışıqlar aparıb.
Yenicag.az xəbər verir ki, Putin Pezeşkianla Yaxın Şərqdəki vəziyyəti təkbətək müzakirə etdiklərini bildirib.
“Şübhəsiz ki, bu vəziyyət narahatlıq doğurmaya bilməz. Həm də təkcə bizdə yox. Lakin ilk növbədə bizdə, çünki İranla sıx əməkdaşlıq edən bir ölkəyik, qonşuyuq və çoxlu ortaq maraqlarımız var. Biz onların hamısını həyata keçirməyə çalışırıq”, – deyə Rusiya lideri əlavə edib.




