Dünya · Axar.az

Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama... xəbəri üçün şəkil

İranın Ali lideri Müctəba Xameneinin səhhəti qaydasındadır. O, yüksək əhval-ruhiyyədədir, mənəvi rahatlıq içindədir və mövcud vəziyyətə tam nəzarət edir.

Axar.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf özünün Teleqram kanalında məlumat yayıb.

O, bir gün əvvəl Müctəba Xamenei ilə görüşdüyünü bildirib.

"Mən onu olduqca gümrah, ümidli, mənəvi cəhətdən sakit və məsələlərə dərindən bələd olan vəziyyətdə gördüm", - deyə Qalibaf vurğulayıb.

Parlament sədrinin sözlərinə görə, ağır itkilərə baxmayaraq, liderin nümayiş etdirdiyi iradə və sarsılmazlıq onun Allaha güclü inamının və xalqa dərin etimadının göstəricisidir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑