Finlandiya və Norveç Ukrayna münaqişəsinin nizamlanmasında vasitəçi rolunu üzərinə götürmək niyyətində deyil, lakin Əbu-Dabidə üçtərəfli görüşün keçirilməsi təşəbbüsünü dəstəkləyirlər.
Axar.az xəbər verir ki, bunu Norveçin xarici işlər naziri Espen Bart Eyde Helsinkidə keçirilən mətbuat konfransında bildirib.
“Biz vasitəçi olmaq istəmirik, lakin prosesə müəyyən töhfə verə biləcəyimizə inanırıq”, – deyə Eyde bildirib.
Qeyd edək ki, bu gün Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.




