Dünya · Trend.az

Trampın Nobel mükafatı ilə bağlı tənqidlərinə cavab verildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Trampın Nobel mükafatı ilə bağlı tənqidlərinə cavab verildi xəbəri üçün şəkil

Bakı. Trend:

Norveç XİN rəhbəri Espen Bart Eide ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatı ilə bağlı tənqidlərinə cavab verərək, Nobel Komitəsinin müstəqil qurum olduğunu vurğulayıb.

Bu barədə xarici işlər naziri NRK telekanalına açıqlamasında bildirib.

“Onun özü də Nobel Komitəsinin müstəqil olduğunu çox yaxşı bilir. Biz bunu ona xatırlatdıq”, – deyə Eide Norveçin NRK telekanalına bildirib.

Bir gün əvvəl Tramp Nobel Sülh Mükafatına layiq görülməməsindən yenidən narazılığını ifadə edib və Norveçi "tullantı ölkə"adlandırıb

Qeyd edək ki, Norveç Nobel Komitəsi 2026-cı il üzrə Nobel Sülh Mükafatını Cənubi Afrikadan olan hüquqşünas və insan hüquqları müdafiəçisi Navanethem (Navi) Pillaya verib. O, 2008–2014-cü illərdə BMT-nin insan hüquqları üzrə ali komissarı vəzifəsini tutub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑