Ukrayna Moskvanın hava hücumundan müdafiə sisteminin əsas elementlərindən birinə dron zərbəsi endirməyi planlaşdırıb.
Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.
Bildirilib ki, FSB enerji obyektinə və Moskvanın raketdən müdafiə sisteminin əsas elementinə qarşı terror hücumlarının qarşısını alıb.
"Cənubi Qafqazdan olan iki nəfər saxlanılıb.
Onlardan biri Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) zabiti tərəfindən "verbovka" olunub və onun təlimatı ilə terror hücumunu hazırlamaq və həyata keçirmək üçün Rusiyaya gəlib. O, həmçinin bu məqsədlə bir tanışını da bu işə cəlb edib.
Cinayətkarlar daha sonra Smolensk və Kaluqa vilayətlərində gizlənc yerlərindən FPV dronlarını və əldəqayırma partlayıcı qurğuların komponentlərini ələ keçiriblər. Şübhəlilər hücum PUA-larını konfiqurasiya edib və onları Moskva vilayətindəki buraxılış məntəqəsinə çatdırıblar. Dronlar Ukraynadan məsafədən idarə olunmalı imiş",FSB-nin məlumatında qeyd olunub. ///apa





