Dünya · Azxeber.com

Zelenski: ABŞ-nin Ukraynaya hava hücumundan müdafiə sistemləri verməsi yubanır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenski: ABŞ-nin Ukraynaya hava hücumundan müdafiə sistemləri verməsi yubanır xəbəri üçün şəkil
Ukrayna "Patriot" və NASAMS hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükünə zəruri olan ABŞ müdafiə naziri Pit Heqsetin imzasını artıq təxminən bir aydır gözləyir.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "telegram" kanalında bildirib.
Onun sözlərinə görə, Ukraynanın müdafiə naziri, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı və XİN rəhbəri hava hücumundan müdafiə sistemləri, ilk növbədə "Patriot" kompleksləri üçün ələ keçiricilərin tədarükü ilə bağlı vəziyyət barədə məruzə ediblər.
"Bir neçə istiqamətdə işləyirik: Birləşmiş Ştatlar, Avropa və PAC-2 və PAC-3 raketlərinin ehtiyatına malik olan digər tərəfdaşlarla. Xüsusən də, "Patriot" və NASAMS raketləri üzrə cənab Heqsetin imzasını artıq təxminən bir aydır gözləyirik. Bunu ABŞ tərəfi ilə bir daha müzakirə etməyi tapşırdım. Digər ölkələrlə də danışıqlar davam edir", - V.Zelenski yazıb.   ///report
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑