Dünya · Yeni Çağ

Ukrayna və Moldova hərbi-texniki əməkdaşlıq haqqında saziş imzaladı - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ukrayna və Moldova hərbi-texniki əməkdaşlıq haqqında saziş imzaladı - Yeni Çağ xəbəri üçün şəkil

Ukrayna və Moldova hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb.

Yenicag.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Sergey Koretski Kiyevdə Moldovanın Baş naziri Vasile Tofanla birgə brifinq zamanı bildirib.

Koretski deyib ki, saziş hərbi-texniki əməkdaşlıq sahəsində təcrübə mübadiləsi üçün yol açır.

Ukrayna, həmçinin Moldovaya minatəmizləmə koalisiyasında əməkdaşlığı genişləndirməyi təklif edib.

Onun sözlərinə görə, Moldova Ukrayna ilə daha iki sərhəd-keçid məntəqəsinə birgə nəzarəti genişləndirməyə hazırdır.

Koretski deyib: “Biz birlikdə keçid məntəqələrində təhlükəsizliyi gücləndiririk. Moldovanın daha iki keçid məntəqəsində birgə nəzarəti başlatmağa hazırlığını alqışlayıram”./Azərtac/

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑