Dünya · Yeni Çağ

Könül Nurullayeva: “İranın Azərbaycanın daxili işlərinə müdaxiləsi yolverilməzdir” - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Könül Nurullayeva: “İranın Azərbaycanın daxili işlərinə müdaxiləsi yolverilməzdir” - Yeni Çağ xəbəri üçün şəkil

“Bizim nə İran, nə də digər ölkənin nümayəndəsinin tövsiyəsinə ehtiyacımız yoxdur.”

Bu sözləri Yenicag-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

K. Nurullayeva İranın ali təhsil qurumunun Azərbaycanın təhsil sistemində tətbiq etdiyi qaydalara qarışmasını sərt ifadələrlə qınayıb:

“İran İslam Respublikasının elm, tədqiqat və texnologiya nazirinin Azərbaycanda təhsil məsələləri ilə bağlı səsləndirdiyi fikirlər təəssüf doğurur. Bu, Azərbaycanın daxili işinə müdaxilədir və qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə ziddir. Azərbaycanın təhsil siyasəti kifayət qədər təkmildir və mili maraqlara söykənir, bütün uşaqların təhsil hüququnu təmin edir. Bu hüquqa hörmət etmək isə beynəlxalq münasibətlərin təməl prinsiplərindəndir. Qonşuluq münasibətləri qarşılıqlı hörmətə, suverenliyə ehtirama və daxili işlərə qarışmamaq prinsipinə əsaslanmalıdır.”

Deputat qeyd edib ki, Azərbaycanın heç bir dövlətin məsləhətinə, tövsiyəsinə ehtiyacı yoxdur:

“Bizim nə İran, nə də digər ölkənin nümayəndəsinin tövsiyəsinə ehtiyacımız yoxdur. Prezident İlham Əliyev də hər zaman bəyan edir ki, heç bir ölkə bizim daxili işlərimizə qarışa bilməz. Necə ki, Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmır.
Azərbaycan Elv və Təhsil Nazirliyinin açıqlamasında da qeyd edildiyi kimi, “İranın həyata keçirdiyi siyasət nəticəsində bu ölkədə Azərbaycan dilində tədris aparılan bir məktəb belə yoxdur. Ali təhsil müəssisələrində də Azərbaycan dilində tədris həyata keçirilmir. Halbuki İran əhalisinin təxminən 40 milyonunu köklü etnik azərbaycanlılar təşkil edir və onlar onilliklərdir öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər”. Təəssüf ki, ana dilində təhsil hüququnun məhdudlaşdırılması bu ölkədə uzun illərdir həllini gözləyən mühüm məsələdir. Məlum olduğu kimi, məsələ ilə bağlı Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər. Biz qonşu ölkədən məsələyə ədalətli yanaşma gözləyirik. ”

Nurlan Cəfəri

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑