İdman · Publika.az

Premyer Liqa: “Sumqayıt” mövsümdə ilk qələbəsini qazandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Premyer Liqa: “Sumqayıt” mövsümdə ilk qələbəsini qazandı xəbəri üçün şəkil

Futbol üzrə Azərbaycan Premyer Liqasının VII turunda növbəti oyunlar keçirilib.

Publika.az xəbər verir ki, günün ilk görüşündə “Zirə” komandası “Şamaxı” ilə 1:1 hesablı heç-heçə edib.

“Sumqayıt” komandası isə evdə “Qəbələ”ni 4:1 hesabı ilə məğlub edib. Bu, “kimyaçılar”ın mövsümdə ilk qələbəsi olub.

Turun ötən gün baş tutan qarşılaşmalarında “Kəpəz” “Araz-Naxçıvan”ı (2:0) üstələyib. “Neftçi” – “Sabah” matçı isə qolsuz bərabərliklə başa çatıb – 0:0.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑