Dünya · Publika.az

Nostradamusun 2027-ci il üçün qorxunc proqnozu: Qlobal fəlakət, maliyyə böhranı...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Nostradamusun 2027-ci il üçün qorxunc proqnozu: Qlobal fəlakət, maliyyə böhranı... xəbəri üçün şəkil

1566-cı ildə vəfat edən məşhur fransız astroloqu Nostradamusun əsrlər əvvəl yazdığı sirli proqnozlar 2027-ci illə bağlı yeni müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Bildirilib ki, müasir şərhlərə əsasən, proqnozlardan biri geniş əraziləri bürüyəcək yanğınlarla bağlıdır. Digər mətnlərdə isə artan borclar və dağıdıcı maliyyə böhranı ehtimalına işarə edilir.

Bundan başqa, qədim bir güc və strateji əhəmiyyətə malik şəhərlə bağlı qeydlər İranla əlaqələndirilir. Fransada mümkün siyasi sarsıntı, eləcə də uzun müddətdir axtarılan bir kəşfin ölümcül nəticələrə səbəb ola biləcəyi iddiası da diqqət çəkir.

Lakin mütəxəssislər Nostradamusun əsərlərində 2027-ci ilə dair konkret tarixin göstərilmədiyini, səsləndirilən ssenarilərin mətnlərin müasir dövrdə fərqli yozumlarına əsaslandığını bildirirlər.

Müəllif: Roza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑