Türkiyənin sərbəst valyuta bazarında ABŞ dollarının məzənnəsi 50,0223 lirəyə yüksəlib.
Noyabrın 4-də dollar günə əvvəlki bağlanışla müqayisədə 0,08% artımla başlayıb. Türkiyə vaxtı ilə saat 09:30-da dolların alış məzənnəsi 50,0175 lirə, satış məzənnəsi isə 50,0267 lirə təşkil edib.
İlin əvvəlindən dollar lirəyə qarşı 16,25%, son bir ildə isə 19,63% bahalaşıb.
Əvvəlki gün dolların məzənnəsi 49,9840 lirə səviyyəsində bağlanıb.




