Dünya · Trend.az

SEPAH 4 neft tankeri və 1 PUA-nın məhv edildiyini açıqlayıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
SEPAH 4 neft tankeri və 1 PUA-nın məhv edildiyini açıqlayıb xəbəri üçün şəkil

Bakı. Trend:

Ötən gecədən etibarən Hörmüz boğazının cənubunda qadağan edilmiş zonadan keçməyə cəhd edən 4 neft tankeri dəniz minasına düşərək məhv olub və həmin gəmilər hələ də yanmaqdadır.

Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

SEPAH bildirir ki, həmçinin Hörmüz boğazından qanunsuz şəkildə keçməyə cəhd edən iki gəminin hərəkəti dayandırılıb.

Məlumata görə, bununla yanaşı Hörmüz boğazının səmasında ABŞ-yə məxsus “MQ 9” Pilotsuz Uçuş Aparatı vurulub. Beləliklə bu növ PUA İslam İnqilabı Keşikçiləri Korpusu Hava Hücumundan Müdafiə Qüvvələrinin vurduğu 56-cı PUA olub.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑