Dünya · Axar.az

Xəzər dənizinin adı dəyişdirilsin - Arif

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Xəzər dənizinin adı dəyişdirilsin - Arif xəbəri üçün şəkil

Xəzər dənizinin adının yenidən nəzərdən keçirilməsini və hökumətin dənizin rəsmi adını "Kaspian" olaraq təsdiqləməsini təklif edirəm.

Axar.az xəbər verir ki, bunu İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Arif deyib.

Onun sözlərinə görə, Meteorologiya Təşkilatı bu yaxınlarda televiziyada yayımlanan xəritədə “Kaspian dənizi” adını istifadə edib.

Arif bildirib ki, “Xəzər” adı ilə bağlı iki fikir var və onlardan biri bu ada qəti şəkildə qarşı çıxır. Onun sözlərinə görə, bəzi qeyri-iranlı tədqiqatçılar da Tehranın niyə “Kaspian” əvəzinə “Xəzər” adını istifadə etdiyini soruşurlar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑