İdman · Publika.az

Liviya klubundan Zahaya 10 milyon dollarlıq təklif

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Liviya klubundan Zahaya 10 milyon dollarlıq təklif xəbəri üçün şəkil

“Qalatasaray”dan ayrıldıqdan sonra klubsuz qalan Kot-d’İvuar millisinin sabiq futbolçusu Vilfrid Zahanın karyerasını Liviyada davam etdirə biləcəyi iddia olunur.

Publika.az Fransa mətbuatına istinadən xəbər verir ki, Liviyanın “Əl-Suveyhili” klubu 33 yaşlı cinah oyunçusunu heyətinə qatmaq istəyir.

Məlumata əsasən, Liviya təmsilçisi futbolçuya illik 10 milyon dollar məbləğində maaş təklif edib. Hələlik tərəflər arasında razılıq əldə olunduğu barədə rəsmi məlumat yoxdur.

Zaha 2023-cü ilin yayında böyük ümidlərlə “Qalatasaray”a transfer olunub. Lakin İstanbul klubunda gözlənilən nəticəni göstərə bilməyən futbolçu əvvəlcə Fransanın “Lion”, daha sonra isə ABŞ-nin “Şarlott” klubuna icarəyə verilib. Müqaviləsinin başa çatması ilə o, azad agentə çevrilib.

Kot-d’İvuar millisinin sabiq üzvü “Qalatasaray”ın heyətində bütün turnirlərdə 43 oyuna çıxıb, 10 qol vurub və 5 məhsuldar ötürmə edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑