İdman · Azxeber.com

Əfsanəyə bənzərliyi ilə diqqətləri üzərinə çəkdi: 'Türk Kollina'

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Əfsanəyə bənzərliyi ilə diqqətləri üzərinə çəkdi: 'Türk Kollina' xəbəri üçün şəkil
Ziraat Türkiyə Kubokunun 2-ci seçmə mərhələsinin "Eskişehirspor" - "1922 Akşehirspor" matçını idarə edən türkiyəli köməkçi hakim Uğur Çakmak əfsanəvi keçmiş italyan hakim Pyerluici Kollinaya bənzədilib.
Bu barədə"Haber Global" məlumat verir.
Məlumata görə, Kollinanın oyunçuları sakitləşdirən məşhur "qətiyyətli baxışları" Uğur Çakmağın mövqe qiymətləndirməsində və qərarlarının ciddiliyində hiss olunub.
Hər iki hakimin qərarlar qəbul edərkən jest və mimikalarından (üz ifadələrindən) olduqca effektiv istifadə etdikləri qeyd edilib. Həmçinin Uğur Çakmağın meydandakı gərgin anları bədən dili ilə sakitləşdirmək qabiliyyəti də onu izləyən futbol azarkeşlərinin "Kollina abu-havası" kimi şərhlər verməsinə səbəb olub.
///oxu.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑