İdman · Trend.az

"Yuventus" italiyalı qapıçı ilə bağlı qərar verdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Yuventus" italiyalı qapıçı ilə bağlı qərar verdi xəbəri üçün şəkil

Bakı. Trend:

"Yuventus" "Tottenhem"dən icarəyə götürdüyü Qulyelmo Vikario ilə bağlı qərar verib.

A Seriyası nəhəngi italiyalı qolkiperin transfer hüquqlarına yiyələnəcək. Bu barədə "Tuttomercato" nəşri məlumat yayıb.

"Ağ-qaralar" 30 yaşlı "əlcək sahibi" üçün 8 milyon avroluq satınalma bəndini işə salacaqlar.

Qeyd edək ki, "Yuventus" Qulyelmo Vikarionu mövsümün əvvəlində icarəyə götürüb. İtaliya millisinin üzvü Turin təmsilçisinin heyətində meydana çıxdığı 5 rəsmi matçda qapısında 4 qol görüb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑