İdman · İdman.biz

Kili Qonsales: “Messi ömrünün sonuna qədər Argentina millisi üçün darıxacaq”

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kili Qonsales: “Messi ömrünün sonuna qədər Argentina millisi üçün darıxacaq” xəbəri üçün şəkil

“İnter Mayami”nin baş məşqçisi Kili Qonsales Lionel Messinin Argentina millisindəki karyerasını başa vurduqdan sonra yaşayacağı hisslər barədə fikirlərini bölüşüb.

İdman.Biz ESPN-ə istinadən xəbər verir ki, mütəxəssis 39 yaşlı futbolçunun milli komandadan ayrılmasının onun üçün asan olmayacağını bildirib.

“Əlbəttə, hamı onu milli komandanın formasında görmək üçün darıxacaq. Amma indi Messi bizimlədir və onun burada olmasından zövq almalıyıq. O özü də karyerasını başa vurduğu gündən ömrünün sonuna qədər milli üçün darıxacaq. Göstərdiyi təsir və qoyduğu irs onun üçün hər zaman xüsusi olacaq”, - deyə Qonsales bildirib.

Baş məşqçi Messinin yaşına və qazandığı uğurlara baxmayaraq, yüksək motivasiyasını qoruduğunu vurğulayıb:

“Leo hər gün komandaya xüsusi ruh aşılayır. O, həm komanda yoldaşlarından, həm də bizdən hər sahədə maksimum səy göstərməyi tələb edir. Artıq 39 yaşı olsa da, daim yeni çağırışlar axtarır. Bizi hər gün daha yaxşı olmağa həvəsləndirir”.

Messi Argentina millisinin Beninə 3:0 hesabı ilə qalib gəldiyi vida oyununda bir qol vurub və iki məhsuldar ötürmə edib.

Qeyd edək ki, “İnter Mayami” növbəti oyununu oktyabrın 11-də “Di Si Yunayted”ə qarşı keçirəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑