İdman · İdman.biz

“Yuventus” argentinalı futbolçusu ilə uzunmüddətli müqavilə imzaladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Yuventus” argentinalı futbolçusu ilə uzunmüddətli müqavilə imzaladı xəbəri üçün şəkil

İtaliyanın “Yuventus” klubu argentinalı futbolçusu Nikolas Qonsaleslə müqavilənin müddətini uzadıb.

İdman.Biz Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında yeni saziş 2030-cu ilin yayına qədər qüvvədə olacaq.

Qonsales 2024-cü ilin avqustunda “Fiorentina”dan icarə əsasında “Yuventus”a keçib. Bir il sonra Turin klubu onun transfer hüquqlarını tam əldə edib.

Argentinalı futbolçu “Yuventus”un heyətində bütün turnirlərdə 45 matça çıxıb, yeddi qol vurub və beş məhsuldar ötürmə edib.

Qeyd edək ki, Qonsales peşəkar karyerasına Argentinanın “Argentinos Juniors” klubunda başlayıb. Daha sonra Almaniyanın “Ştutqart” və İtaliyanın “Fiorentina” komandalarında çıxış edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑